“Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb
04 mart 2009 15:59 (UTC +04:00)
APA-nın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə təhqiqat şurası qəzanın hündürlüyü ölçən cihazın – altimetrin işində yaranmış nasazlıq səbəbilə qəzaya uğradığı qənaətinə gəlib. Təhqiqat zamanı pilotun təyyarəni avtopilot rejimində yerə endirdiyi məlum olub. Altimetrin işləməməsi təyyarənin hündürlüyü itirərək yerə düşməsi ilə nəticələnib. Təhqiqatçı Piter van Vollenhoven bildirib ki, qəzadan əvvəl bu təyyarədə altimetrin fəaliyyətində iki dəfə nasazlıq qeydə alınıb. Qeyd edək ki, İstanbul-Amsterdam reysi ilə uçan təyyarə fevralın 25-də Sxipxol hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər ölüb, 80-dək insan yaralanıb. Təyyarənin qəzaya uğramasının səbəbləri sırasında yanacağın bitməsi və uçuş heyətinin səhvi versiya kimi dəyərləndirilir.
Avropa
BCM-nin Netanyahu və Qallantın həbs ilə bağlı tələbi İsraildə qəzəblə qarşılanıb
19:38
20 may 2024
Pentaqon rəhbəri: Rusiya Ukrayna sərhədi boyunca yaxın həftələrdə daha da irəliləməyə çalışacaq
17:27
20 may 2024
Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəlib
15:50
20 may 2024
KİV: Robert Fitsonun səhhətində irəliləyiş müşahidə olunur
14:11
20 may 2024