Öz qızını 24 il zirzəmidə saxlayan avstriyalı manyakın məhkəməsi başlayıb
16 mart 2009 12:14 (UTC +04:00)
Vyana-APA. Öz doğma qızını 24 il zirzəmidə saxlayaraq, onu cinsi əlaqəyə girməyə məcbur edən avstriyalı manyak Yozef Fritslin məhkəməsi başlayıb. APA-nın məlumatına görə, manyak məhkəmədə ilk çıxışı zamanı zorlama, zorla azadlıqdan məhrum etmə maddələri üzrə cinayətlərini qismən etiraf edib. Yozef Fritsl həmçinin quldarlıqda, qətldə və insanlarla sərt davranmaqda ittiham olunur. Sankt-Pelten şəhər məhkəməsində başlayan iclasın ilk hissəsində jurnalistlərin iştirakına icazə verilib. İttiham aktına görə, Amştetten şəhərinin sakini Yozef Fritsl 1984-cü ildə 18 yaşlı qızı Elizabeti yaşadığı evin zirzəmisində gizlədib. Öz qızı ilə cinsi əlaqədə olan Fritslin bu münasibətlərdən yeddi övladı dünyaya gəlib. Manyak uşaqlardan üçünü öz evində, üçünü isə evin zirzəmisində saxlayırmış. Qızı ilə əlaqədən dünyaya gələn daha bir uşaq isə elə zirzəmidə dünyasını dəyişib. Həkimlər uşağın vaxtında tibbi yardım göstərilməməsi səbəbilə dünyasını dəyişdiyini bildirirlər. Bu səbəbdən Yozef Fritslə qarşı qətl maddəsi ilə də ittiham sürülüb.
Avropa
Serbiya yanğınsöndürənləri dərədə azan rusiya vətəndaşlarını xilas ediblər
01:15
5 may 2024
Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib
00:49
5 may 2024
Polşa XİN başçısı Ukraynaya qoşun yeridilməsinə dair sualı cavablandırmaqdan imtina edib
00:30
5 may 2024
Poroşenko Rusiya tərəfindən axtarışa verilməsinə münasibət bildirib
23:57
4 may 2024