Bank Of Baku

Türkiyə baş nazirinin müşaviri: “Qafqazlarda hər kəsin xeyir götürə biləcəyi bir ssenari üzərində işləyirik”

Türkiyə baş nazirinin müşaviri: “Qafqazlarda hər kəsin xeyir götürə biləcəyi bir ssenari üzərində işləyirik”
# 21 mart 2009 10:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, Davudoğlu keçmiş Buş iqtidarı ilə Türkiyə arasında münasibətlərin gərgin olduğunu deyib. Onun sözlərinə görə, buna səbəb Suriya ilə bağlı məsələlər olub. Hazırkı Obama iqtidarilə bölgə ilə bağlı məsələlərdə razılaşa bildiklərini deyən baş müşavir Türkiyənin Buş iqtidarı ilə Suriya məsələsində hansı problemlər yaşadıqlarını açıqlamayıb: “Obama iqtidarı ilə demək olar ki, bütün məsələlərdə fikirlərimiz üst-üstə düşür. Xüsusilə də, Yaxın Şərq, Qafqazlar və Əfqanıstandakı xarici siyasətlə bağlı görüşlərimiz ABŞ tərəfindən də təqdirlə qarşılandı”.
Obamanın Kanadadan sonra ikinci xarici ölkə olaraq Türkiyəyə səfər etməsinin böyük məna daşıdığını deyən baş müşavir bundan əvvəl hakimiyyətdə olan Bill Klintonun vəzifəyə gələndən 7 il sonra, Buşun isə 4 il sonra Türkiyəyə səfər etdiyini də xatırladıb.

Ə. Davudoğlu Türkiyənin Ermənistanla münasibətlərinin yaxınlaşması və qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı da sualları cavablandırıb: “Qafqazlarda hər kəsin xeyir götürə biləcəyi bir ssenari üzərində işləyirik. Bu müsbət gedişə mane olacaq bir hərəkət edilməyəcəyinə ümidliyik. Qarşıdakı zamanda Türkiyə-Amerika əlaqələrinin inkişafına şahid olacağımıza ümid edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR