Avropa İttifaqına sədrlik edən Çexiyada hökumət istefaya göndərilib
25 mart 2009 09:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Çexiya parlamenti Mirek Topolanek hökumətinə etimadsızlıq göstərib. APA-nın məlumatına görə, Çexiya müxalifəti Topolanek hökumətini dünya iqtisadi böhranı vəziyyətində ölkənin iqtisadi durumu ilə bağlı heç bir tədbir görməməkdə günahlandırır.
Avropa Komissiyası isə bəyan edib ki, Çexiyada baş verən hadisələr bu ölkənin Avropa İttifaqında sədrliyinə maneçilik törətməyəcək. Bəyanatda bildirilir ki, Komissiya Çexiyanın milli konstitusion qanunlarının Aİ-də sədrliyi əvvəlki kimi effektiv davam etdirməyə imkan verdiyinə inanır.
Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədri Jozef Dol isə bəyan edib ki, böhran vaxtı Avropa güclü liderə möhtacdır: “Etimadsızlıq göstərilən hökumət isə lider ola bilməz”.

Avropa
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024
Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
13:16
3 may 2024
İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib
12:50
3 may 2024