Bank Of Baku

Məhkəmə Abdulla Gülün anasının erməni köklü olduğunu iddia edən CXP millət vəkili Canan Arıtmanı cərimələyib

Məhkəmə Abdulla Gülün anasının erməni köklü olduğunu iddia edən CXP millət vəkili Canan Arıtmanı cərimələyib
# 25 mart 2009 09:57 (UTC +04:00)
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ankara 2-ci Sülh Hüquq Məhkəməsindəki proses prezident A. Gülün vəkili Ömər Kiçiközcan və xanım Arıtmanın vəkili Rezzan Aydınoğlunun iştirakı ilə keçirilib. Məhkəmə C. Arıtmanı A. Gülün anasının etnik kökü ilə bağlı həqiqətə uyğun olmayan bəyanatlar verərək, dövlət adamının şəxsiyyətinə ləkə yaxmaqda təqsirli bilərək, 1 lirə mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, C. Arıtman mətbuata açıqlamasında 1915-ci ilə olayları ilə bağlı başladılan “ermənilərdən üzür diləyirik” kampaniyasına Türkiyə prezidenti A. Gülün də dəstək verdiyini bildirərək, “Gül Türk millətinin Cumhurbaşqanlığını yapsın, etnik kökünün deyil. Gülün ana tərəfdən etnik kökünü araşdırın, görəcəksiniz” söyləmiş, bununla, Türkiyə prezidentinin ana tərəfinin kökünün ermənilərə bağlı olmasına işarə etmişdi. Bunu təhqir sayan A. Gül isə məhkəməyə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR