Bank Of Baku

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun helikopteri qəzaya uğrayıb, onun taleyi barədə xəbər yoxdu-YENİLƏNİB

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun helikopteri qəzaya uğrayıb, onun taleyi barədə xəbər yoxdu-<font color=red>YENİLƏNİB</font>
# 25 mart 2009 17:16 (UTC +04:00)
BBP-nin baş katibi Yalçın Topçu helikopterdə yaralanmış M. Yazıcıoğlunun Göksun Dövlət Xəstəxanasına aparıldığını deyib.

Kayseri valisi Mevlüd Bilici isə artıq xilasedicilərin hadisə yerinə çatdıqlarını, Yazıçıoğlunun yaralı olduğunu, amma huşunu itirmədiyini qeyd edib.

Türkiyənin Rabitə Nazirliyinə tabe olan Mülki Havaçılıq Baş Müdürlüyü və Dövlət Hava Meydanlarına məsul baş müdirlikdən verilən açıqlamada isə helikopterlə saat 13.30-da əlaqənin kəsildiyi bildirilirib.

İlk məlumatda helikopterin pilotunun 112 təcili yardım xidmətinə zəng edib qəza baş verdiyini və yaralılar olduğunu söyləyərək, təcili yardım maşını istədiyi də bildirilsə də, sonradan təcili yardıma Türkiyənin İhlas Xəbər Agentliyinin (İHA) vertolyotda olan müxbirinin zəng etdiyi aydınlaşıb, Müxbir isə qəza baş verdiyini, özünün yaralandığını, digərlərin isə öldüklərini iddia edib.

Türkiyənin Səhiyyə Nazirliyi isə hələ də xilasedicilərin hadisə yerinə çata bilmədikləri barədə açıqlama yayıb.

M. Yazıçıoğlunun mətbuat sözçüsü isə qəza baş verəndən sonra başqanı ilə danışdığını, onun qəzaya uğradıqlarını və yaralandığını dediyini bildirib.

Helikopter dağlıq əraziyə düşdüyü üçün yolların təmizlənməsi üçün Türkiyənin Kənd Təsərrüfatı Nazrliyinin texnikaları əraziyə cəlb olunub.

Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan hadisə ilə dərhal maraqlanaraq, dövlət və hökumət qurumlarına müvafiq tapşırıqlar veriblər.

Qeyd edək ki, BBP-nin başqanı Türkiyədə 29 martda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində yerlərdə keçirilən mitinqlərdə iştirak etmək üçün Kahramanmaraşa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR