Bank Of Baku

Türkiyədə millət vəkilini aparan zaman qəzaya uğrayan helikopterin tapılması üçün aparılan axtarışların nəticəsi yoxdur

Türkiyədə millət vəkilini aparan zaman qəzaya uğrayan helikopterin tapılması üçün aparılan axtarışların nəticəsi yoxdur
# 26 mart 2009 11:27 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Böyük Birlik Partiyasının (BBP) başqanı, millət vəkili Möhsin Yazıçıoğlunu və partiyadaşlarını dünən Kahramanmaraşdan Yozqata aparan zaman qəzaya uğrayan helikopterin tapılması üçün görülən axtarış tədbirlərinin indiyə qədər nəticəsi yoxdur.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, helikopterin haraya düşdüyü, M. Yaziçioğlunun və onunla bərabər olan şəxslərin taleyi bəlli deyil.
Türkiyənin daxili işlər naziri Bəşir Atalay aparılan axtarışlarla bağlı bu gün mətbuat nümayəndələri qarşısında açıqlama ilə çıxış edib. Nazirin sözlərinə görə, bölgədə dünəndən bəri davam edən yağmurlu və dumanlı hava şəraiti axtarışın daha geniş şəkildə aparılmasına müəyyən qədər maneçilik törədib. B. Atalay axtarışların nəticə verməsi üçün dövlətin bütün imkanlarından istifadə olunduğunu açıqlayıb. Nazir axtarışa çoxsaylı qüvvələrin, axtarış helikopterlərinin cəlb olunduğunu da deyib.

Məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Ankaradan helokopterin qəzaya uğradığı Kahramanmaraşa yola düşüb.
Baş verən qəza ilə bağlı Türkiyənin siyasi qüvvələri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təyin etdikləri təbliğat mitinqlərini təxirə salıblar.
Qeyd edək ki, indiyə qədər BBP başqanı, millət vəkili Möhsin Yazıçıoğlunun taleyi ilə bağlı müxtəlif açıqlamalar yayılıb.
BBP-nin baş katibi Yalçın Topçu helikopterdə yaralanmış M. Yazıcıoğlunun Göksun Dövlət Xəstəxanasına aparıldığını deyib.
M. Yazıçıoğlunun mətbuat sözçüsü qəza baş verəndən sonra başqanı ilə danışdığını, onun qəzaya uğradıqlarını və yaralandığını dediyini bildirib.
Helikopterdə olan Türkiyənin İhlas Xəbər Agentliyinin (İHA) müxbiri 112 təcili yardım xidmətinə zəng edib qəza baş verdiyini və yaralılar olduğunu söyləyərək, təcili yardım maşını istəyib. Müxbir qəza baş verdiyini, özünün yaralandığını, digərlərin isə öldüklərini iddia edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR