Bank Of Baku

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin cəsədi tapılıb

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin cəsədi tapılıb
# 27 mart 2009 16:36 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Bəşir Atalay məlumat verib.

Nazir deyib ki, helikopter Almadağ və Sisnə arasında tapılıb.


İlk olaraq kənd nəzarətçisi Rəmzi Gök helokopterin qəzaya uğradığı yerdə əvvəlcə üç cəsəd tapdıqlarını bildirib. Bunlardan biri helikopterin içində, iki cəsəd isə yaxınlıqdan tapılıb. Bu cəsədlər arasında Türkiyənin İhlas Xəbər Agentliyinin (İHA) müxbiri İsmayıl Günəşin də cəsədi olub.

Nəzarətçi deyib ki, helikopterin xüsusilə qarşı tərəfi tamamilə dağılıb və
parçaları 50 metrlik əraziyə yayılıb.

Nəzarətçilərin axtarışı davam etdirmələri sayəsində ərazidə daha üç cəsəd də tapılıb. Bunlardan biri Mühsin Yazıçıoğlunun cəsədi olub.

Qeyd edək ki, heliokopterin qəzaya uğradığı ərazini 17 nəfərdən ibarət dəstə tapıb.
Nəzarətçi R. Gök helikopter dağın zirvəsinə düşdüyünü, bura gələn xilasedici dəstənin belə hazırda donma təhlükəsi keçirdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR