Bank Of Baku

Mühsin Yazıcıoğlunu cəsədi bu gün qəza bölgəsindən Kahramanmaraşa gətiriəcək

Mühsin Yazıcıoğlunu cəsədi bu gün qəza bölgəsindən Kahramanmaraşa gətiriəcək
# 28 mart 2009 08:00 (UTC +04:00)
Bakı-APA. Vertolyot qəzasında həlak olmuş Türkiyə Böyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mühsin Yazıçıoğlu və daha 5 nəfərin cəsədinin qəza bölgəsindən çıxarılaraq ailələrinə təhvil verilməsi istiqamətində işlər davam edir. APA-nın məlumatına görə, bu gün günorta saatlarında Türkiyənin daxili işlər naziri Bəşir Atalay qəza ilə bağlı ilk rəsmi açıqlama ilə çıxış edəcək. Dünən isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan telekanallara verdiyi müsahibəsində Mühsin Yazıçıoğlu və digər həlak olmuş şəxslərin ailəsinə başsağlığı verib. Buna baxmayaraq Böyük Birlik Partiyasının və Alp Ərən Ocaqlarının üzvləri cəsədi görməyənə kimi Mühsin Yazıcıoğlunun vəfatı ilə bağlı yayılan xəbərlərə inanmayacaqlarını bəyan ediblər. Cəsədlərin gətirilməsi üçün bölgədə aparılan xilasetmə-axtarış tədbirlərinin bu gün axşam saatlarında başa çatacağı gözlənilir. Daxili işlər naziri Bəşir Atalay cəsədləri gətirmək üçün qəza bölgəsinə 200 xilasedicinin göndərildiyini bildirib. Cəsədlər ailələrinə təhvil verilməzdən əvvəl məhkəm-tibbi ekspertizası aparılmaq üçün Kahramanmaraşa göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR