Bank Of Baku

PKK liderlərindən Rəmzi Kartal İspaniyada həbs olunub

PKK liderlərindən Rəmzi Kartal İspaniyada həbs olunub
# 28 mart 2009 11:42 (UTC +04:00)
Madrid-APA. İspaniyada keçirilən xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının siyasi qanadının liderlərindən Rəmzi Kartal həbs olunub. APA-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri Əli Babacan PKK liderinin Madridin ticarət mərkəzlərindən birində həbs olunduğunu bildirib. Rəmzi Kartal 2006-cı ildən beynəlxalq axtarışdadır, polis orqanları ilkin araşdırmadan sonra onun cinayət işini hökm çıxarılmaq məhkəməyə göndərəcək. Rəsmi Ankara məhkəmənin hökmündən sonra Rəmzi Kartalın ekstradisiyası üçün İspaniya hüquq-mühafizə orqanlarına sorğu göndərməyə hazırlaşır. Qeyd edək ki, Rəmzi Kartal PKK terror təşkilatının siyasi qanadı olan “KONGRA-GEL”in sədr müavinidir. PKK kimi “KONGRA-GEL”in də adı Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına daxil edilib. Rəmzi Kartal 2005-ci ildə Almaniyada həbs olunsa da, polis maddi sübutların azlığını əsas gətirərək onu azadlığa buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR