Bank Of Baku

Türkiyədə bələdiyyə seçkiləri başlayıb

Türkiyədə bələdiyyə seçkiləri başlayıb
# 29 mart 2009 07:13 (UTC +04:00)
Yay vaxtına keçidlə əlaqədar ölkənin bəzi bölgələrində səsvermə bir saat əvvəl başlayıb. Türkiyə Ali Seçki Qurumu səsvermənin bir saat əvvəl başlayacağı 32 vilayətin adını dünən açıqlayıb. Bələdiyyə seçkiləri Bakı vaxtı ilə 19.00-da başa çatacaq və iki saat sonra Ali Seçki Qurumu ilkin nəticələri açıqlamağa başlayacaq. Ümumilikdə bələdiyyə seçkiləri ilə əlaqədar ölkə üzrə 177 min 50 məntəqə yaradılıb. Sabah Türkiyə vətəndaşları 16 böyükşəhər bələdiyyə başqanını, 65 vilayət bələdiyyə başqanını, 892 bölgə bələdiyyə başqanını, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52765 məhəllə və kənd muxtarını, 3284 Bələdiyyə Şurası üzvünü, 33868 Bələdiyyə Məclisi üzvünü seçəcəklər.
Bələdiyyə seçkilərində əsas diqqət ölkə əhalisinin 60 faizdən çoxunun yaşadığı böyük şəhərlərdə səsvermənin nəticələrinə yönəlib. Paytaxt Ankarada bələdiyyə başqanı seçilmək uğrunda əsas mübarizə Məlik Gökçək (AKP), Mansur Yavaş (MHP) və Murat Karayalçın (CHP) arasında gedir. İstanbulda isə bələdiyyə başqanı seçilmək üçün əsas namizədlər İstanbul Böyükşəhər bələdiyyəsinin indiki rəhbəri Kadir Topbaş (AKP) və Kamal Kılıcdaroğlu (CHP) sayılır. Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində bələdiyyə seçkilərinin nəticələri də maraqla izlənir. İğdırda seçkilərdə əsas rəqabət hazırkı bələdiyyə başqanı Nurəddin Aras (AKP), MHP namizədi Əkbər Yeşil və DTP namizədi Nuri Günəş arasında gedir. Qarsda isə bələdiyyə seçkilərində qalib gəlməyə ən şanslı namizədlər hazırkı bələdiyyə başqanı Naif Əlibəyoğlu və MHP namizədi Səttar Kayadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR