Bank Of Baku

BBP lideri Mühsin Yazıçıoğlunun dəfn mərasimi martın 31-də Ankarada keçiriləcək

BBP lideri Mühsin Yazıçıoğlunun dəfn mərasimi martın 31-də Ankarada keçiriləcək
# 29 mart 2009 08:22 (UTC +04:00)
Ankara-APA. Vertolyot qəzasında dünyasını dəyişən Böyük Birlik Partiyasının sədri, millət vəkili Mühsin Yazıçıoğlunun dəfn mərasimi martın 31-də Ankarada keçiriləcək. APA-nın məlumatına görə, Qazi Universitetinin Tibb Fakültəsindən götürüləcək cənazə Türkiyə Böyük Millət Məclisinə gətiriləcək. Cənazə namazının Kocatəpə Camisində qılınması nəzərdə tutulub, namazdan sonra cənazə Böyük Birlik Partiyasının qərargahına gətiriləcək və burada mərhumun ruhuna dualar oxunacaq. Hələlik Mühsin Yazıçıoğlunun hansı məzarlıqda dəfn olunacağına qərar verilməyib. Qəza zamanı həlak olmuş pilot Mustafa Kaya İstektepe İstanbulda, digər 3 nəfər isə Sivasda dəfn olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR