Bank Of Baku

Silvio Berluskoni yeni partiya yaradıb

Silvio Berluskoni yeni partiya yaradıb
# 29 mart 2009 12:16 (UTC +04:00)
Roma-APA. İtaliyanın baş naziri Silvio Berluskoni “Azadlıq Xalqı” adlı yeni mühafizəkar partiyanın yaradıldığını elan edib. APA-nın məlumatına görə, yeni partiyaya baş nazirin rəhbərlik etdiyi “Forza İtalia” və bir həftə əvvəl buraxılmış “Milli Alyans” partiyaları daxil olub. Ötən il bu iki partiya seçkilərdə vahid siyahı ilə iştirak ediblər. “Forza İtalia” və “Milli Alyans”ın birləşməsi barədə yekun qərar Romada yeni partiyanın yaradılması ilə bağlı təsis qurultayında qəbul olunub. Qeyd edək ki, “Milli Alyans” Benito Mussolinini ideyalarına tapınan faşist partiyasıdır. Lakin partiyanın son sədri Canfranko Fini duçenin ideyalarından imtina edib və “Milli Alyans”ı mühafizəkar partiyaya çevirib. Hazırda Fini İtaliya parlamentinin aşağı palatasının spikeridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR