Bank Of Baku

Diyarbəkirdə seçkilərdə baş verən insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Diyarbəkirdə seçkilərdə baş verən insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 29 mart 2009 12:37 (UTC +04:00)
Diyarbəkir-APA. Türkiyədə bələdiyyə seçkilərində daha bir qanlı insident baş verib. APA-nın məlumatına görə, bu dəfə də insident ölkənin Cənub-Şərqi Anadolu bölgəsində qeydə alınıb. Diyarbəkirin Luçe qəsəbəsində baş verən toqquşma 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnib. Hadisənin təfərrüatları hələlik məlum deyil. Qeyd edək ki, bir qədər əvvəl Şanlıurfada muxtarlığa namizədlər arasında baş verən toqquşma 1 nəfərin ölümü, 27 nəfərin yaralanması ilə nəticələnmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR