Bank Of Baku

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb
# 29 mart 2009 16:15 (UTC +04:00)
Ankara-APA. Türkiyədə bələdiyyə seçkilərində səsvermə üçün müəyyənləşdirilmiş müddət başa çatıb. APA-nın məlumatına görə, Bakı vaxtı ilə 17.00-da məntəqələr bağlanıb, Ali Seçki Qurumunun qərarına əsasən, bundan sonra yalnız məntəqələr bağlanan zaman içəridə olan seçicilərə səs vermək hüququndan istifadəyə icazə veriləcək. Seçkilərlə bağlı məlumatların yayılmasına qoyulan qadağa isə Bakı vaxtı ilə saat 20.00-da aradan qaldırılacaq. Kütləvi informasiya vasitələri yalnız bundan sonra seçkilərin nəticələrinə dair hər hansı məlumat yaymaq hüququna malikdir. Ali Seçki Qurumunun və “exit-poll”un nəticələri bu gün saat 21.00-dan sonra açıqlanmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR