Bank Of Baku

MHP 10 bölgədə bələdiyyə seçkilərində qalib gəlib

MHP 10 bölgədə bələdiyyə seçkilərində qalib gəlib
# 30 mart 2009 08:05 (UTC +04:00)
Ankara-APA. Dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasının namizədləri 10 böyük vilayətdə qalib gəliblər. APA-nın məlumatına görə, MHP böyük şəhərlərdən yalnız Adanada qalib olub və seçkilərdən öncə AKP-dən istefa verərək MHP-yə keçən Aytac Durak 29,95 faiz səs toplayaraq növbəti 5 il müddətinə bələdiyyə başqanı seçilib. MHP Adanadan başqa Balıkəsir (İsmayıl Ok), Bartın (Cemal Akın), Gümüşhanə (Mustafa Canlı), İsparta (Yusif Ziya Günaydın), Karabük (Rafet Vergili), Kastamonu (Turhan Topçuoğlu), Manisa (Cengiz Ergün), Osmaniyyə (Kadir Kara) və Uşakda (Ali Erdoğan) bələdiyyə seçkilərini qazanıb. Qeyd edək ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində MHP yalnız 4 bələdiyyədə seçkiləri qazanmağı bacarmışdı. Dünən keçirilən seçkilərdə Anadolunun əksər bölgələrində MHP namizədləri AKP-dən sonra ikinci olublar. MHP-nin Ankara, Mərsin, Qars və İğdırdan irəli sürülən namizədlərinə böyük ümidlər bəslənsə də, onlar yalnız ikinci yeri tutublar. Seçkiləri MHP baxımından ən uğursuz nöqtələrindən biri İğdır olub. Əhalisinin 60 faizini azərbaycanlılar təşkil edən İğdırda MHP-dən AKP-yə keçmiş sabiq bələdiyyə başqanı Nurəddin Arasla MHP namizədi Əkbər Yeşil arasında gedən mübarizə azərbaycanlı seçicilərin səslərinin parçalanmasına səbəb olub və nəticədə bu bölgədə Demokratik Toplum Partiyasının namizədi Mehmet Nuri Günəş qalib gələrək bələdiyyə başqanı seçilib. Qarsda isə AKP-dən istefa edərək seçkilərə CHP namizədi kimi qatılan sabiq bələdiyyə başqanı Naif Əlibəyoğlu məğlub olub. Bu bölgədə bələdiyyə başqanlığı uğrunda əsas mübarizə AKP namizədi Nevzat Bozkuşla MHP namizədi Səttar Kaya arasında gedib və hakim partiyanın təmsilçisi cüzi səs fərqi ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR