Bank Of Baku

NATO sammitinin təhlükəsizliyini alyansın AWACS sistemləri təmin edəcək

NATO sammitinin təhlükəsizliyini alyansın AWACS sistemləri təmin edəcək
# 30 mart 2009 12:17 (UTC +04:00)
Strasburq-APA. NATO-nun 3-4 aprel tarixində Strasburq (Fransa), Baden-Baden və Kele (Almaniya) şəhərlərində keçiriləcək zorvə toplantısının təhlükəsizliyini alyansın nəzarət və əvvəlcədən xəbər vermə hava desant xidməti (NATO AWACS) təmin edəcək. APA-nın məlumatına görə, Almaniya hökumətinin xahişi əsasında təhlükəsizliyin təmin olunmasına Almaniya, Böyük Britaniya və Fransanın təyyarələri cəlb olunacaq. Qeyd edək ki, NATO AWACS sistemləri alyansın 2008-ci ildə keçirilmiş Buxarest sammitinin, 2007-ci ildə keçirilmiş Avropa-Afrika sammitinin, 2006-cı ildə Almaniyada keçirilmiş futbol üzrə dünya çempionatının, 2005-ci ildə keçirilmiş G-8 sammitinin, 2004-cü ildə keçirilmiş Afina Yay Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR