Bank Of Baku

Möhsün Yazıçıoğlunun vertolyotunun qəzaya uğraması zamanı itkin düşmüş jurnalistin cəsədi tapılıb, qəzanın səbəbləri də açıqlanıb

Möhsün Yazıçıoğlunun vertolyotunun qəzaya uğraması zamanı itkin düşmüş jurnalistin cəsədi tapılıb, qəzanın səbəbləri də açıqlanıb
# 30 mart 2009 20:08 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xilasedicilər onun cəsədini bu gün vertolyotun qalıqlarından 200-300 metr kənarda, qayanın dibində donmuş vəziyyətdə aşkar ediblər. İ. Günəşin yanında vertolyotun oturacağı olub. Qəza zamanı hər iki ayağı sınmış jurnalistin oturacaqla dağdan aşağı sürüşmək istədiyi, lakin ağır yaralı olması səbəbindən bunu edə bilmədiyi ehtimal olunur.

Bu arada məhkəmə tibb ekspertizası M. Yazıçıoğlu da daxil olmaqla digər 5 nəfərin ölümünün səbəbini açıqlayıb. Ekspertizanın gəldiyi nəticəyə görə, onlar donmadan deyil, qəza zamanı aldıqları müxtəlif dərəcəli xəsarətlərdən həlak olublar.

Vertolyotun qəzaya uğramasının səbəbləri də açıqlanıb. Vertolyotun qalın dumanda Keş dağına dəyərək düşdüyü müəyyənləşib.

Qeyd edək ki, M. Yazıçıoğlunun da içərisində olduğu vertolyot martın 25-də Kahramanmaraşdan Yozqata uçarkən qəzaya uğrayıb. Qəza nəticəsində 6 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR