Bank Of Baku

İraqda 4 dinc sakini qətlə yetirən amerikalı serjant 35 il müddətinə azadlıqdan məhrum edilib

İraqda 4 dinc sakini qətlə yetirən amerikalı serjant 35 il müddətinə azadlıqdan məhrum edilib
# 31 mart 2009 07:58 (UTC +04:00)
Berlin-APA. Almaniyadakı ABŞ bazasındakı hərbi tribunal serjant Cozef Mayonu 4 iraqlını qətlə yetirdiyinə görə 35 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, məhkəmə amerikalı serjantın yalnız 10 il həbsxanada qaldıqdan sonra vaxtından əvvəl azadlığa buraxıla bilər. Mayo məhkəmədə günahını tam şəkildə etiraf edib. O altı həmkarı ilə birlikdə 4 iraqlının əl-qolunu bağladığını və onların başına atəş açdığını deyib. Serjant həbs olunan iraqlıların evindən silah tapdıqlarını deyib. İraqlıların ABŞ patrul maşınlarına hücumda iştirakına dair dəlil tapa bilməyən amerikalılar onların azadlığa buraxılacağını düşünüb öldürüblər. Ümumiyyətlə bu cinayət işi üzrə 7 nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR