Bank Of Baku

Türkiyədə bəzi bələdiyyə məclislərinə erməni namizədlər üzv seçilib

Türkiyədə bəzi bələdiyyə məclislərinə erməni namizədlər üzv seçilib
# 31 mart 2009 13:26 (UTC +04:00)
Ankara-APA. Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində iştirak edən erməni namizədlərin çoxu şəhər və qəsəbə məclislərinə seçiliblər. APA-nın Vesti.az saytına istinadən yaydığı məlumata görə, müşahidəçilər ilk dəfədir ki, bu qədər erməninin bələdiyyə məclislərinə seçilməsini indiki iqtidarın Ermənistanla isti münasibət qurması və türk-erməni sərhədlərinin açılması planları ilə izah edirlər. Əgər ermənilər indiyə qədər əsasən sol təmayüllü partiyalarda aktiv idilərsə, bu seçkilərdə namizədliklərini sağ partiyalardan da irəli sürməyə başlayıblar. Martın 29-da keçirilən bələdiyyə seçkilərində Vazgen Barın İstanbulun Şişli, Raffi Hermon Araks Adalar, Ohanes Qarabetyan, Yervant Özuzun və Bedros Avedikyan Bakırköy, Verkin Arıoba isə Bəyoğlu bələdiyyə məclislərinə seçiliblər. Siyasi analitiklər ermənilərin bu gedişlə yaxında parlamentə də seçiləcəklərinin və öz millətvəkilini çıxaracaqlarının mümkün olduğunu təxmin edirlər. Sağ partiyalar sui-qəsddə öldürülmüş erməni jurnalisti Hrant Dinkin arvadı Rakel Dinkin qarşıdakı ilk parlament seçkilərində millət vəkilliyinə namizəd göstəriləcəyi barədə tür mediasında dəfələrlə xəbərlər yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR