Bank Of Baku

Türkiyə Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlu dəfn edilib - FOTOSESSİYA

Türkiyə Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlu dəfn edilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 mart 2009 16:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, M. Yazıçıoğlunun cənazəsi əvvəlcə Türkiyə Böyük Millət Məclisinə aparılıb və burada rəsmi dövlət mərasimi keçirilib. Mərasimdə Böyük Millət Məclisinin sədri Köksal Toptan və millət vəkilləri, baş nazir Rəcəb Tayyib Ərdoğan və nazirlər, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ və müavini Həsən İğsız, Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı, Səadət Partiyasının lideri Numan Kurtulmuş, sabiq prezident Süleyman Dəmirəl, keçmiş baş nazir Tansu Çillər, mərhumun anası, bacısı, həyat yoldaşı, oğlu, qızı, yaxın qohumları, həmçinin ölkənin müxtəlif yerlərindən gəlmiş xeyli sayda BBP üzvü iştirak edib. Sonra cənazə Kocatəpə camisinə aparılıb. Burada keçirilən mərasimə on minlərlə insan qatılıb. Cənazə namazını Türkiyə Dini İdarəsinin sədri Əli Bardakoğlu qıldırıb. Mərasim bitdikdən sonra cənazə on minlərin müşayiəti ilə BBP-nin qərargahına aparılıb. Burada BBP rəhbərliyi və partiya üzvləri öz liderləri ilə vidalaşıblar. M. Yazıçıoğlu öz vəsiyyətinə uyğun olaraq Türkiyənin məşhur şairi, dövlət himninin sözlərinin müəllifi Mehmet Akif Ərsoyun da məzarının olduğu Tacəddin dərgahının ərazisində dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR