Bank Of Baku

Türkiyə hökuməti İğdır bələdiyyəsinin sədri vəzifəsinə kürd namizədin seçilməsindən narahat olub

Türkiyə hökuməti İğdır bələdiyyəsinin sədri vəzifəsinə kürd namizədin seçilməsindən narahat olub
# 01 aprel 2009 10:25 (UTC +04:00)
Ankara – APA. Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Cəmil Çiçək İğdır bələdiyyəsinin sədri vəzifəsinə etnik kürdlərdən ibarət Demokratik Toplum Partiyası (DTP) namizədinin seçilməsindən narahat olduğunu bildirib. APA-nın xəbərinə görə, C. Çiçək bu narahatlığını “Hürriyet” qəzetinə açıqlamasında dilə gətirib. O, Türkiyənin cənub-şərq bölgəsindəki vilayətlərdə DTP-nin mütləq üstünlüyünə diqqəti cəlb edib: “Türkiyənin bəlli bölgəsində DTP-dən başqa partiya qalmadı. İğdırı da aldılar, yəni artıq Ermənistan sərhədinə çıxıblar. AKP o bölgədə sadəcə, Mardində qalib gəldi. Tamam, biz Ankarada qalib gəldik deyə sevinə bilərik, CHP də İzmirdəki qələbəsi ilə öyünə bilər. Amma bunlar Türkiyənin təhlükəsizlik baxımından problemli bölgəsinə yardımçı olmaz. Bu məsələni diqqətdə saxlamalıyıq”.
Qeyd edək ki, İğdırda keçirilən seçkidə DTP-nin namizədi Mehmet Nuri Günəş 39,6% və yaxud 12.941 səslə qalib gəlib. Əvvəlki bələdiyyə sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, azərbaycanlı Nurəddin Aras 30,5% (9.975), Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi, azərbaycanlı Əli Əkbər Yaşıl isə 27,1% (8.845) səs toplayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR