Bank Of Baku

Barak Obama Türkiyənin müxalifət liderləri ilə ayrı-ayrılıqda görüşəcək

Barak Obama Türkiyənin müxalifət liderləri ilə ayrı-ayrılıqda görüşəcək
# 01 aprel 2009 10:38 (UTC +04:00)
Ankara – APA. ABŞ prezidenti Barak Obama Türkiyəyə səfəri zamanı müxalifət liderləri ilə ayrı-ayrılıqda görüşəcək. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə parlamentinin sədri Köksal Toptan açıqlayıb. O bildirib ki, B. Obama aprelin 6-da Türkiyə Böyük Millət Məclisində çıxışından əvvəl parlamentdə təmsil olunan müxalifət partiyalarının liderləri ilə ayrı-ayrılıqda qısamüddətli görüşlər keçirəcək.

Xatırladaq ki, ABŞ tərəfi əvvəlcə prezident B. Obamanın müxalifət liderləri ilə birgə görüş keçirməsini planlaşdırırdı, lakin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı və Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal bu formata razılıq verməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR