Bank Of Baku

Rusiya və ABŞ prezidentləri birgə bəyanatla çıxış ediblər

Rusiya və ABŞ prezidentləri birgə bəyanatla çıxış ediblər
# 01 aprel 2009 15:03 (UTC +04:00)
Görüşün yekunları əsasında birgə bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, dövlət başçıları hər iki ölkə üçün gündəmi müəyyənləşdiriblər və münasibətlərə yeni start verməyə hazırdırlar. Onlar diplomatlara strateji hücum silahlarına dair yeni müqavilənin hazırlanması üçün danışıqlara başlamağı və iyula qədər bu barədə hesabat verməyi tapşırıblar. Ancaq Avropada raket hücumundan müdafiə elementlərinin qurulması məsələsində fikir ayrılığı davam edir. Bəyanatda bildirilir ki, prezidentlər raket təhlükələrini nəzərə alan və hər iki ölkənin, eləcə də onların müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş bərabərhüquqlu beynəlxalq fəaliyyət üçün yeni imkanları müzakirə ediblər. B. Obama iyul ayında Rusiyaya səfər edəcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR