Bank Of Baku

Strasburq və Kehldə keçiriləcək NATO sammitinin iş proqramı açıqlanıb

Strasburq və Kehldə keçiriləcək NATO sammitinin iş proqramı açıqlanıb
# 02 aprel 2009 07:40 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, NATO-nun 60 illiyi çərçivəsində təşkil olunacaq bu sammitdə quruma üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri müzakirə edəcək, yeni strateji konsepsiya hazırlamaq məqsədilə Avroatlantika təhlükəsizliyi kontekstində NATO-nun yerini müəyyənləşdirmək üçün gələcək perspektivləri araşdıracaqlar. Sammitdə NATO-nun Əfqanıstan strategiyasında irəliləyişlər, Kosovodakı vəziyyət, İSAF və KFOR-la bağlı ABŞ-ın yeni hökumətinin yeni strategiyası, qurumun müdafiə sistemi və silahlara nəzarət mexanizmlərinin transformasiyası, Rusiya ilə münasibətlər, Fransanın quruma yenidən tamhüquqlu üzv qəbul olmaq istəyi, bunun NATO-Avropa İttifaqı münasibətlərinə təsiri müzakirə olunacaq.

Strasburqda start götürəcək toplantının işində əsasən alyansa üzv olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri, üzv ölkələrin NATO yanında daimi nümayəndələri, NATO-nun baş katibi, hərbi komitənin rəhbəri, Avropada müttəfiq qüvvələrin Ali Baş Komandanı və transformasiya üzrə birgə hərbi qüvvələrin Ali Baş Komandanı iştirak edəcəklər. ABŞ prezidenti Barak Obama sabah səhər Strasburqa gələcək və sammitə qatılmazdan əvvəl Fransa prezidenti Nikola Sarkozi ilə nahar edəcək və şəhər meriyasında Strasburqdan olan gənclərlə görüşəcək. Daha sonra Barak Obama və Nikola Sarkozinin jurnalistlər üçün mətbuat konfransı nəzərdə tutulub. Axşam isə Almaniyanın Baden-Baden şəhərində sammit iştirakçıları üçün ziyafət təşkil olunacaq. Aprelin 4-də Nikola Sarkozi Almaniyanın kansleri Angela Merkeli qəbul edəcək və alyans rəhbərləri Strasburqdan Kehlə piyada gedəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR