Bank Of Baku

Strasburqda NATO sammitinə etiraz edən nümayişçilər ilə polis arasında qarşıdurma baş verib

Strasburqda NATO sammitinə etiraz edən nümayişçilər ilə polis arasında qarşıdurma baş verib
# 02 aprel 2009 21:54 (UTC +04:00)
APA-nın yerli bürosunun əməkdaşı xəbər verir ki, anti NATO əhvallı 500-600 nəfərlik qrup Strasburqun cənubunda onlar üçün ayrılmış ərazini tərk edərək, şəhərə girməyə cəhd göstəriblər. Qara geyimdə və maskalarda olan nümayişçilər Londonda həlak olmuş nümayişçinin xatirəsini yad etmək üçün şəhərə tərəf irəliləyiblər. Onlar polisə daş atmağa başlayıblar. Yol boyunca avtomobillərə, avtobus dayanacaqlarına və polis idarəsinə də hücum olunub.

Polis nümayişçilərə qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edib. Şəhər kənarındakı meşəyə sıxışdırılan nümayişçilərin həbsinə başlanılıb, yüzlərlə şəxs həbs olunub. Bundan sonra nümayiş daha da genişlənib. Onlar həbs edilmiş şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Etiraz nümayişləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR