Bank Of Baku

Qarsda MHP üzvləri arasında qarşıdurma baş verib, 1 nəfər ölüb

Qarsda MHP üzvləri arasında qarşıdurma baş verib, 1 nəfər ölüb
# 03 aprel 2009 09:53 (UTC +04:00)
Hadisənin səbəbi bələdiyyə seçkiləri ərəfəsində MHP daxilində yaranan fikir ayrılığıdır. Belə ki, Mətin Özad adlı şəxs MHP-dən Qars bələdiyyə başqanlığına namizəd olmaq istəsə də, bu niyyəti baş tutmayıb. Əvəzində o, Demokrat Partiyasından namizədliyini vermək istəyib, ancaq yerli seçki qurumu əvvəllər məhkum olunmuş M. Özadın namizədliyini qeydə almayıb. Bundan sonra M. Özad seçkidə MHP-nin namizədi Səttar Kayanı deyil, AKP-nin namizədi Nevzat Bozquşu dəstəkləyib. Martın 29-da keçirilən seçkilərdə N. Bozquş cəmi 736 səs fərqi ilə qalib gələrək bələdiyyə sədri seçilib. Qəzəblənən MHP üzvləri az fərqli məğlubiyyətdə Özad ailəsini günahlandırıblar və Mətin Özadın qardaşı İsa Özadla mübahisə ediblər. Mübahisə böyüyərək silahlı qarşıdurmaya çevrilib və İ. Özad güllələnib. Hadisə yerinə gələn polislər Qars Ülkü Ocaqlarının sabiq sədri Kürşat Bağışı həbs etmək istəyiblər, ancaq K. Bağış olay yerindən qaçmaq istəyib və polis tərəfindən ayağından vurulub. Yaralılar xəstəxanaya aparıldıqdan sonra da dava-dalaş davam edib və 4 nəfər yaralanıb. Vəziyyəti ağır olan İ. Özad Ərzuruma aparılarkən yolda keçinib. Polis 13 nəfəri həbs edib, bu şəxslərin üzərindən 8 tapança, 1 bıçaq aşkarlanaraq götürülüb. Qarsda təhlükəsizlik tədbirləri gücləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR