Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan Danimarka baş nazirinin NATO-nun baş katibi vəzifəsinə namizədliyinin əleyhinə çıxıb

Rəcəb Tayyib Ərdoğan Danimarka baş nazirinin NATO-nun baş katibi vəzifəsinə namizədliyinin əleyhinə çıxıb
# 03 aprel 2009 11:50 (UTC +04:00)
London – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Danimarkanın baş naziri Anders Foq Rasmussenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləmədiklərini bəyan edib. APA-nın xəbərinə görə, G20 sammitində iştirak etmək üçün Londonda olan R. T. Ərdoğan keçirdiyi mətbuat konfransında bu mövzuya toxunaraq deyib: “Mənim ölkəmdəki terror təşkilatının televiziyası Danimarkadan yayımlanır. Dörd il əvvəl onlara söylədim, sənədlər də göstərdim. Ancaq televiziyanın fəaliyyətini dayandırmadılar”.
R. T. Ərdoğan bir neçə il əvvəl Danimarkada baş vermiş karikatura qalmaqalını da xatırladıb: “Onlara müsəlman ölkələrinin səfirlərini çağırıb bu böhrandan çıxış yollarını axtarmağı tövsiyə etdik. Yenə müsbət baxmadılar. İndiyədək sülh prosesinə töhfə verməyənlər bundan sonra necə verə bilərlər? Mən şəxsi fikrimi deyirəm ki, bu təyinata mənfi yanaşıram”.
Qeyd edək ki, A. F. Rasmussenin NATO baş katibliyinə namizədliyi Almaniya, Fransa və Böyük Britaniya tərəfindən irəli sürülüb. NATO-da qərarlar konsensus prinsipi əsasında qəbul olunur. Türkiyə razılıq verməsə, Danimarka baş nazirinin NATO-nun baş katibi seçilməsi mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR