Bank Of Baku

Strasburqda ABŞ və Fransa prezidentlərinin görüşü keçirilib

Strasburqda ABŞ və Fransa prezidentlərinin görüşü keçirilib
# 03 aprel 2009 14:34 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Strasburq şəhərində NATO-nun sammiti çərçivəsində Fransa prezidenti Nikola Sarkozi ilə ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdən sonra prezidentlərin mətbuat konfransı olub. N. Sarkozi bildirib ki, görüşdə Əfqanıstan, Orta Şərq, İran və Rusiya məsələləri müzakirə edilib. O, Barak Obama ilə əlbir işləməkdən məmnunluq duyduğunu deyib: “Mən onun açıq düşüncə tərzini və yeni bir dünya qurmaq istəyini alqışlayıram. Görüləsi çox işimiz var, çünki masanın üzərində böyük problemlər paketi həllini gözləyir”.

B. Obama isə Fransa prezidentinin mövcud problemlərin həllində təşəbbüskarlıq və yaradıcılıq qabiliyyəti nümayiş etdirməsindən məmnunluğunu vurğulayıb: “Bizim görüşümüz çox səmərəli və konstruktiv oldu. Fransa və ABŞ birlikdə hərəkət etdikdə dünyada sülh və rifah perspektivləri daha da güclənir”.

B. Obama Rusiya prezidenti Dmitri Medvedevlə də çox səmərəli görüş keçirdiyini söyləyib: “İnanıram ki, Amerika-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün böyük potensial var. Fikrimcə, NATO Rusiyanın legitim maraqlarını tanımalıdır. Hesab edirəm ki, bütün Avropa ölkələrinin müstəqil və azad siyasət hüququna hörmət etməklə Rusiya ilə dilaloqa başlamalıyıq. Mən Rusiyanın Gürcüstanı işğalını pislədim. Prezident Sarkozinin də bu məsələdə atəşkəs əldə olunması üçün səy göstərməsinə baxmayaraq, vəziyyət hələ də sabitləşməyib. Rusiyaya onlarla birgə işləməyə dair ciddi mesaj göndərməliyik. Biz köhnə metodlara qayıtmamalıyıq. Hesab edirəm ki, İranın nüvə enerjisi əldə etməsinə qarşı çıxmaq məsələsində Amerika və Avropanın ümumi marağı var. Lakin İranın sivil məqsədli nüvə enerjisi əldə etmək hüququna da hörmət olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR