Bank Of Baku

Barak Obama: “Terrorçuluqla mübarizədə yükü yalnız Amerika daşımamalıdır”

Barak Obama: “Terrorçuluqla mübarizədə yükü yalnız Amerika daşımamalıdır”
# 03 aprel 2009 16:35 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. ABŞ prezidenti Barak Obama bu gün Fransanın Strasburq şəhərində yerli və xarici tələbələr qarşısında çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, B. Obama çıxışından sonra tələbələrin suallarını cavablandırıb. O bildirib ki, Avropa ilə Amerika arasında olan etibarsızlıq iki tərəfin bir-birindən uzaqlaşmasına gətirib çıxarıb. Bu uzaqlaşmanı pisləyən B. Obama həm ABŞ-da Avropaya yuxarıdan aşağı baxılmasını, həm də Avropadakı Amerika əleyhdarlığını tənqid edib. Obama avropalıları və amerikalıları bir-biri ilə səmimi əlaqələr qurmağa və daha da yaxınlaşmağa çağırıb. Bundan əlavə, ABŞ prezidenti “Taliban” və “Əl-Qaidə” ilə mübarizəni davam etdirməyin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, terrorçuluqla mübarizədə yükü yalnız Amerika daşımamalı, avropalılar da bu məsələdə ön cərgələrdə olmalıdır: “Bu, bizim ümumi problemimizdir və birgə səylərimiz tələb olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR