Bank Of Baku

NATO-nun sammiti zamanı təşkilatın baş katibi postuna namizəd məsələsində ciddi fikir ayrılığı yaranıb

NATO-nun sammiti zamanı təşkilatın baş katibi postuna namizəd məsələsində ciddi fikir ayrılığı yaranıb
# 04 aprel 2009 07:18 (UTC +04:00)
APA-nın sammiti izləyən əməkdaşının məlumatına görə, qonaqların qəbulundan sonra məşhur violonçel ustası Anne-Sofi Mutterin ifası dinlənilib. Bunun ardınca isə işgüzar şam yeməyi başlayıb. Şam yeməyi zamanı zirvənin əsas məsələləri müzakirə olunub.

İştirakçılar Əfqanıstandakı kritik durum, Rusiya ilə münasibətlərin istiləşdirilməsi, yeni strateji konsepsiyanın yaradılması, Alyansın gələcəyi, eləcə də təşkilatın Baş Katibi postuna namizədin təsdiqlənməsi məsələlərini müzakirə ediblər. Lakin Alyansa üzv olan 28 ölkənin başçısı Danimarkanın baş naziri Anders Foq Rasmussenin namizədliyinə dair məsələdə yekdil fikrə gələ bilməyiblər. Bu məsələ ətrafında müzakirələr bu gün Strasburqda keçiriləcək plenar iclasda davam etdiriləcək.

Qeyd edək ki, A. F. Rasmussenin namizədliyinə əsasən Türkiyə etiraz edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hələ sammitdən əvvəl NATO baş katibliyinə başqa bir şəxsin namizədliyinin irəli sürülməsini tələb edib. Yeganə namizəd məsələsinin əleyhinə çıxan Ərdoğan bir neçə namizədin irəli sürülməsini daha ədalətli olduğunu vurğulayıb. Ərdoğan Danimarkada baş verən karikatura qalmaqalını xatırladaraq, həmin vaxt Rasmussenin bu məsələdə obyektiv mövqe tutmadığını, bununla da, onun dünyada sülhün qorunması istiqamətində fəaliyyətinin şübhə altına düşdüyünü diqqətə çatdırıb. Bundan başqa, Türkiyənin baş naziri bütün dünyanın terrorçu təşkilat kimi tanıdığı PKK-nın “Roj” TV kanalının Danimarkada fəaliyyətinə göz yumulmasının da yolverilməzliyini qeyd edərək, Rasmussenin namizədliyinin əleyhinə çıxmalarında bunun da rolu olduğu söyləyib.

ABŞ prezidenti Barak Obama ilə Almaniya Kansleri Angela Merkelin dünənki mətbuat konfransında isə xanım Merkel NATO-nun Baş Katibi postuna Rasmussenin ən uğurlu namizəd olacağını bildirib. Əlavə edək ki, A. F. Rasmussenin namizədliyini ABŞ və Böyük Britaniya da dəstəkləyir.

Xatırladaq ki, sammitdə Türkiyəni prezident Abdullah Gül təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR