Bank Of Baku

NATO sammitinin iştirakçıları ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını dəstəkləyiblər

NATO sammitinin iştirakçıları ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını dəstəkləyiblər
# 04 aprel 2009 20:04 (UTC +04:00)
Fransa NATO-nun hərbi strukturuna qayıdıb. Biz bir ailəyik, biz ailədəyik, dost və müttəfiq tərəflərik. NATO-nun strateji konsepsiyasını yeniləşdirmək lazımdır. Biz bu gün XXİ əsr problemlərinə cavab verən konsepsiya qəbul etməliyik”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu NATO zirvəsindəki çıxışında Fransa prezidenti Nokola Sarkozi deyib.

Fransanın ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını dəstəklədiyini qeyd edən cənab Sarkozi Əfqanıstana təhlükəsizlik şəraitində öz gələcəyini, ölkəni yenidən qurmaqda kömək etməli olduqlarını vurğulayıb: “Avropanın müdafiə siyasəti NATO-nun əleyhinə deyil, əksinə onlar bir-birini tamamlayır”.

Almaniyanın kansleri Angela Merkel də ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını dəstəklədiklərini bildirib və ölkəsinin artıq Əfqanıstanda hərbi, həmçinin mülki sahələrdə fəaliyyət göstərdiyini qeyd edib: “Biz Əfqanıstanda bir nəfər də olsun terrorçunun olmamasına səy göstərməliyik. İndiyə kimi gördüyümüz və bundan sonra görəcəyimiz işləri təhlil etməliyik”.

NATO-nun baş katibi isə NATO-nun 60 illik mövcudluğu müddətində sülhün və sabitliyin əldə olunmasında önəmli rol oynadığını bildirib. O, habelə Fransanın Alyansın hərbi strukturlarına qayıdışını alqışlayıb.
Baş katib onu da əlavə edib ki. Alyansın mövcud olan yeni təhdidlərə qarşı cavab verməsi üçün yeni strategiyaya ehtiyac var: “ Biz bu gün NATO-nun gələcəyi üçün önəmli bir qərar qəbul edəcəyik. NATO-nun strateji istiqamətlərini özündə əks etdirən Bəyannamə qəbul edəcəyik”.
Qeyd edək ki, zirvə toplantısının rəsmi açılışından əvvəl ABŞ prezidenti Barak Obama əvvəlcədən planlaşdırılmadığı halda Türkiyə prezidenti Abdulla Güllə görüşüb. O, görüşə NATO-nun baş katibi postuna namizəd, Danimarkanın baş naziri Rasmussenlə birlikdə gəlib.
Tərəflər bağlı qapılar arxasında bir saata yaxın söhbət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR