Bank Of Baku

NATO-dakı mənbə: «Gürcüstan və Ukraynanın qısa müddətdə NATO-ya üzv olması mümkün deyil»

NATO-dakı mənbə: «Gürcüstan və Ukraynanın qısa müddətdə NATO-ya üzv olması mümkün deyil»
# 04 aprel 2009 20:13 (UTC +04:00)
Hazırda bu ölkələrin NATO-ya üzvlük məsəsləri o qədər də aktual deyil. APA-nın Avropa bürosunun xəbərinə görə, bu barədə NATO-dakı mənbə məlumat verib.

Qeyd edək ki, Buş administrasiyası hər iki postsovet ölkəsinin bloka üzv qəbul olunmasına cəhd edirdi.

Bir çox diplomatlara görə, bundan sonra təşkilat Rusiya ilə münasibətlərin gücləndirilməsinə çalışacaq. Bir çox dövlətlər, o cümlədən Almaniya da Rusiya ilə NATO arasında münasibətlərin tez bir zamanda yaxşılaşdırılmasının lehinədir.

Ukrayna ilə Gürcüstanın Alyansa üzvlü məsələsinin təxirə salınması bir çox faktorlarla, o cümlədən hər iki ölkənin buna hazır olmaması və yeni ABŞ administrasiyasının məsələyə praqmatik yanaşması ilə bağlıdır. Qeyd edək ki, Makedoniyanın təşkilata üzvlüyü də gündəmdədir.

ABŞ prezidenti Makedoniyanın Alyansa üzvlüyünü səbirsizliklə gözlədiklərini qeyd edərək, NATO-nun qapısının açıq qalacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR