Bank Of Baku

MHP lideri Dövlət Baxçalı ABŞ prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

MHP lideri Dövlət Baxçalı ABŞ prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 06 aprel 2009 10:44 (UTC +04:00)
Ankara-APA. ABŞ prezidenti Barak Obama Atatürkün mavzoleyinin ziyarət etdikdən sonra Çankaya köşkündə rəsmi mərasim keçiriləcək. “Vesti.az”ın məlumatına görə, mərasimdən sonra prezidentlər Abdullah Gül və Barak Obama arasında danışıqlar nəzərdə tutulur. Günün ikinci yarısında isə Barak Obama Türkiyə Böyük Mİllət Məclisində çıxış edəcək. Çıxışdan əvvəl ABŞ prezidentinin müxalifət partiyalarının liderləri ilə təkbətək görüşü planlaşdırılıb. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı 5 dəqiqəlik görüş üçün beş bənddən ibarət proqram hazırlayıb. Onun qaldıracağı məsələlər arasında İraq vəziyyət, Kərkükdə türkmənlərin hüquqlarının qorunması, PKK-nın siyasiləşdirilməsinin qarşısının alınması, ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbulunun yolverilməzliyi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri var. Parlamentdə çıxışdan sonra Barak Obama “Mədəniyyətlər İttifaqı” toplantısında iştirak eləmək üçün İstanbula gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR