Bank Of Baku

Barak Obama: “Atatürkün mirası bütün dünyaya nəsillər boyu ilham verməyə davam edir”

Barak Obama: “Atatürkün mirası bütün dünyaya nəsillər boyu ilham verməyə davam edir”
# 06 aprel 2009 11:22 (UTC +04:00)
Ankara – APA. Aprelin 5-də gecə Türkiyəyə gələn ABŞ prezidenti Barak Obama səfər proqramına bu gün səhər Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etməklə başlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, mavzoleyə çələng qoyan B. Obama şərəf dəftərinə ürək sözlərini yazıb: “Geniş üfüqlü baxışları, qətiyyəti və cəsarəti ilə Türkiyə Cümhuriyyətini demokratiyaya doğru yönəldən və mirası bütün dünyaya nəsillər boyu ilham verməyə davam edən Mustafa Kamal Atatürkə hörmətimi ifadə etmək mənim üçün şərəfdir. Amerikanın 44-cü prezidenti olaraq Türkiyə-Amerika əlaqələrini gücləndirməyi, Atatürkün xalqına ümid verən modern demokratik Türkiyə baxışını dəstəkləməyi və “yurdda sülh, dünyada sülh” prinsipini gerçəkləşdirməyi səbirsizliklə gözləyirəm”.

ABŞ prezidenti daha sonra türkiyəli həmkarı Abdulla Güllə görüşmək üçün Çankaya köşkünə yollanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR