Bank Of Baku

NATO-nun yeni baş katibi Rasmussen: “Türkiyəni yaxın bir müttəfiq və önəmli bir strateji mövqeyə sahib dövlət hesab edirəm”

NATO-nun yeni baş katibi Rasmussen: “Türkiyəni yaxın bir müttəfiq və önəmli bir strateji mövqeyə sahib dövlət hesab edirəm”
# 06 aprel 2009 13:43 (UTC +04:00)
İstanbul-APA. “NATO-nun təhlükəsizlik konsepsiyası artıq kompleks halındadır. Sadəcə hərbi üsullarla bu dialoqu davam etdirmək mümkün deyil. Tərəfdaşlar arasında, hərbi və mülki tərəflər arasında sıx dialoqa ehtiyacımız var”. APA-nın məlumatına görə, bu fikirləri İstanbulda keçirdiyi mətbuat konfransında NATO-nun yeni baş katibi Anders Foq Rasmussen söyləyib. O islam dünyası ilə daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb: “Bu baxımdan Türkiyə ilə yaxın əməkdaşlıq münasibətləri quracağam. Türkiyəni yaxın bir müttəfiq və önəmli bir strateji mövqeyə sahib dövlət hesab edirəm. Türkiyə Avropa, Yaxın Şərq və Orta Asiya arasında bir körpü rolunu oynayır”. Rasmussen PKK ilə bağlı açıqlamalarında “PKK terror təşkilatı” ifadəsini işlədib və Danimarkadan yayımlanan “Poj TV” kanalının fəaliyyətinin dayandırıla biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR