Bank Of Baku

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 180-ə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 180-ə çatıb
# 07 aprel 2009 07:47 (UTC +04:00)
Roma-APA. İtaliyanın Abrutso vilayətində dünən baş verən dağıdıcı zəlzələnin ardınca bir neçə güclü təkan qeydə alınıb. APA-nın məlumatına görə, dünən axşamdan etibarən bölgədə gücü Rixter şkalası üzrə 3,8-4,8 bal olan bir neçə zəlzələ baş verib. Yeraltı təkanlar paytaxt Romada da hiss olunub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb, yaralıların sayı isə 1500 nəfəri keçib. İlkin məlumata görə, zəlzələ zonasında 10 minə yaxın ev dağılıb, 70 min insan yaşayış yerini itirib.

Hazırda bölgədə xilasetmə işləri davam edir, dağıntılar altında sağ qalan insanların olduğu bildirilir. İtkin düşənlərin sayə hələlik məlum deyil. Xilasedicilər Akvil şəhərində dağıntıların altından 60 nəfəri sağ çıxarmağa müvəffəq olublar. Havaların yağmurlu keçməsi xilasetmə işlərini çətinləşdirir. Akvil şəhərində yaşayış binalarının 50 faizi zəlzələ nəticəsində dağılıb. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə büdcədən 30 milyon avro vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR