Bank Of Baku

Dövlət Bağçalı Barak Obamanın çıxışını nəzakətsizlik kimi qiymətləndirib

Dövlət Bağçalı Barak Obamanın çıxışını nəzakətsizlik kimi qiymətləndirib
# 07 aprel 2009 10:43 (UTC +04:00)
Ankara - APA. “Amerika prezidentinin dilə gətirdiyi məsələləri araşdırmadan qəbul etmək və ya onun açıqlamalarını ev tapşırığı saymaq kimi təslimçi bir mövqe tutmayacağıq”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun toplantısında çıxışında deyib. D. Bağçalı Barak Obamanın 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirdiyini açıq şəkildə söylədiyini, AKP hökumətinin Ermənistanla apardığı gizli danışıqları dəstəklədiyini və sərhədlərin açılmasını istədiyini xatırladaraq onun iki ölkə arasındakı problemlərin mənbəyinin Ermənistan olduğunu görmədiyini vurğulayıb: “Ermənistan Türkiyənin mövcud sərhədlərini və ərazi bütövlüyünü tanımır, Şərqi Anadolunu Qərbi Ermənistan elan edir, türk tarixini və millətini soyqırım kimi ağır cinayətdə suçlayaraq məhkum etdirmək üçün həyasız kampaniya aparır, dost və qardaş Azərbaycanın torpaqlarının işğalını davam etdirir. Barak Obamanın bu gerçəkləri yox sayaraq Amerika tarixindəki mənfi örnəkləri xatırladıb bizim də tariximizdə belə məqamların olduğunu bildirərək “bunları qəbul etməlisiniz” deməsi xoş görməyəcəyimiz nəzakətsizlikdir. Biz tariximizlə bağlı iddia edilən yalanları qəbul etmək tələbini rədd edirik. AKP-yə xəbərdarlıq edirəm: bu yalan iddianın hər kəs tərəfindən qəbul edilməsi belə onun doğru olduğu mənasına gəlməz. Bu məsələdə tək də qalsanız, doğruları sona qədər müdafiə etməlisiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR