Bank Of Baku

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 235-ə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 235-ə çatıb
# 08 aprel 2009 07:20 (UTC +04:00)
Roma-APA. İtaliyanın Akvila şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb. APA-nın məlumatına görə, xilasedicilər yeraltı təkanlardan 42 saat sonra dağıntılar altından 98 yaşlı qadını və azyaşlı qızı sağ çıxarmağa müvəffəq olublar. İtaliya hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılmasına 170 milyon avro vəsait ayırıb. Baş nazir Silvio Berluskoni zəlzələnin nəticələrini aradan qaldırmaqda yardım göstərdiyi üçün xarici ölkələrə təşəkkür edib. O bildirib ki, İtaliyaya humanitar yardım göndərməyə ehtiyac yoxdur və ölkə öz gücü ilə zəlzələnin nəticələrini aradan qaldırmağa qadirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR