Bank Of Baku

Nəcməddin Ərbakan aktiv siyasətə qayıdıb

Nəcməddin Ərbakan aktiv siyasətə qayıdıb
# 10 aprel 2009 15:27 (UTC +04:00)
Ankara – APA. Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan aktiv siyasətə geri dönməyə qərar verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, siyasi fəaliyyətinə qoyulmuş qadağa götürülən N. Ərbakan indiyədək mənəvi lideri olduğu Səadət Partiyasında Ali Məsləhət Şurasının sədri vəzifəsini tutacaq. Ankarada mətbuat konfransı keçirən N. Ərbakan Türkiyənin mövcud hökumətini tənqid edib və ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərini pisləyib: “Obamanın yeganə hərəkəti gülərüz davranmaq, əlini Tayyib bəyin çiyninə qoymaq idi. Bunlar uşaq işidir və bununla bizi aldada bilməzlər. Obama gəlib, Məclisdə danışıb, əlini qaldırıb, ayağını qaldırıb. Ruhani məktəbini açın, erməni soyqırımını tanıyın, İran atom bombası düzəltməsin... Bunlar nədir? Bizə, bu millətə yaraşarmı? Vaxtilə bizim padşahlarımız Avropaya gedəndə hər kəs ayağını öpmək üçün əyilirdi. Tariximizi bilməliyik. Obama kimdir?! İrqçi imperializmin təmsilçisi. Eynilə kommunizm kimi, kapitalizm də çökməyə məhkumdur”. N. Ərbakan İranın dini lideri Əli Xamneyi və prezident Mahmud Əhmədinejat tərəfindən İrana dəvət olunduğunu da açıqlayıb.
Qeyd edək ki, N. Ərbakan Rifah Partiyası qapadıldıqdan sonra daha əvvəl dövlət tərəfindən bu partiyaya ayrılmış maliyyə vəsaiti sənədlərdə xərclənmiş kimi göstərilərək dövlət qaytarılmadığı üçün 1998-ci ildə 2,4 il həbsə məhkum edilmiş və siyasi fəaliyyəti yasaqlanmışdı. Sonradan onun cəzası 1 il ev dustaqlığı ilə əvəzlənib. Qanunlara edilən dəyişikliklə “sənəd saxtakarlığı” ittihamı ilə məhkumiyyəti olan şəxslərin ömürlük siyasi fəaliyyətlə məşğul olmasına qoyulan qadağa götürülüb və N. Ərbakan yenidən siyasətə dönmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR