Əli Babacan Türkiyənin xarici işlər naziri vəzifəsindən çıxarıla bilər
24 aprel 2009 09:27 (UTC +04:00)
Vəzifəsi dəyişdiriləcək nazirlər arasında xarici işlər naziri Əli Babacanın da adı çəkilir. Ə. Babacanın yerinə xarici işlər naziri vəzifəsinə iki əsas namizədin adı çəkilir. Bunlardan biri baş nazir Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə müşaviri Əhməd Davudoğlu, digəri isə Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Murad Mərcandır. Ə. Davudoğlu millət vəkili olmadığı üçün M. Mərcanın daha şanslı olduğu bildirilir. Ə. Babacanın isə xəzinəyə (büdcə) məsul olan dövlət naziri vəzifəsinə təyin ediləcəyi gözlənilir. Baş nazir R. T. Ərdoğanın hökumətin yeni tərkibini təsdiqlətdirmək üçün bu gün prezident Abdulla Gülün qəbulunda olacağı xəbər verilir.
Avropa
Aİ Rusiyanın maye qazına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
07:25
5 may 2024
Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib
04:02
5 may 2024
Serbiya yanğınsöndürənləri dərədə azan rusiya vətəndaşlarını xilas ediblər
01:15
5 may 2024
Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib
00:49
5 may 2024