Bank Of Baku

AŞ PA-nın yaz sessiyasının gündəliyinə dəyişiklik edilib

AŞ PA-nın yaz sessiyasının gündəliyinə dəyişiklik edilib
# 27 aprel 2009 12:06 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç qurumun yaz sessiyası ərəfəsində jurnalistlər üçün mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA-nın yaz sessiyasının gündəliyinə edilən dəyişikliklərlə bağlı məlumat verən Luis Maria de Puç bildirib ki, plenar iclasın üçüncü gününə nəzərdə tutulmuş Rusiya-Gürcüstan münasibətlərinə dair hesabat ətrafında müzakirələr 3 saatla məhdudlaşacaq. Məsələ yalnız sessiyanın səhər iclasında müzakirə ediləcək və günün ikinci yarısı digər məsələlərə önəm veriləcək. Sessiyanın üçüncü gününün ikinci yarısında Avropa Şurasının baş katibinin seçkilərinə dair müzakirələr keçiriləcək. Bu qərar bu gün qurumun Siyasi Bürosunun iclasında təsdiqlənib. Qeyd edək ki, baş katib postuna namizədlərlə bağlı AŞ PA ilə AŞ Nazirlər Komitəsi arasında narazılıqlar yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR