Bank Of Baku

Türkiyə polisinin 60 ünvanda keçirdiyi əməliyyatlar nəticəsində 40-a yaxın adam həbs edilib

Türkiyə polisinin 60 ünvanda keçirdiyi əməliyyatlar nəticəsində 40-a yaxın adam həbs edilib
# 27 aprel 2009 13:47 (UTC +04:00)
İstanbul – APA. Türkiyə polisinin aprelin 27-nə keçən gecə müxtəlif terrorçu qruplara qarşı 60 ünvanda keçirdiyi əməliyyatlar nəticəsində 40-a yaxın adam həbs edilib. APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında daxili işlər naziri Bəşir Atalay deyib. O, İstanbulun Bostançı məhəlləsində keçirilən əməliyyatda öldürülən Orxan Yılmazkayanın “İnqilabçı Hərəkat” adlı ifrat solçu təşkilatın rəhbərlərindən biri olduğunu, bu gizli təşkilatın 1-ci ordunun qərargahına raket atılmasına cəhd göstərdiyini və AKP-nin İstanbul təşkilatının binasındakı partlayışın səbəbkarı olduğunu açıqlayıb. B. Atalay terrorçuların ünvanlarında çoxlu sayda silah-sursat və partlayıcı maddə tapıldığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR