Bank Of Baku

Terri Devis Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanı yaxşı hal adlandırıb

Terri Devis Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanı yaxşı hal adlandırıb
# 28 aprel 2009 11:16 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞ PA-nın yaz sessiyası çərçivəsində qurumun baş katibi Terri Devis jurnalistlər üçün mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, Ermənistandakı vəziyyətə dair münasibət bildirən baş katib Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. “Ermənistanda irəliləyişlər var, amma məni ən çox narahat edən yoxdur. Mart hadisələrindən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, bu hadisələri törədənlərin həbs edilməsi və ya axtarılması haqqında məlumatım yoxdur. Bu işi hüquq-mühafizə orqanları etməlidir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsinə gəldikdə, onu deyə bilərəm ki, Avropa Şurasının iki üzvü arasında yaxınlaşma həmişə yaxşı haldır. Artıq yeni səhifənin açılmasının vaxtı çatıb. “Şərq tərəfdaşlığı” Avropa İttifaqına üzv olmayan ölkələrə yardım etmək niyyəti daşıyır. Bəziləri bunu təsir dairəsinin genişləndirilməsi, digərləri isə Avropa İttifaqının məsələyə sözügedən ölkələrə kömək etmək marağından irəli gəlməsi kimi qəbul edəcək. Bir məsələni qeyd etməliyəm ki, Aİ daxilində yekdil bir mövqeyə gəlmək həmişə asan olmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR