Bank Of Baku

Sabiq ədliyyə nazirinə sui-qəsdin qarşısı alınıb

Sabiq ədliyyə nazirinə sui-qəsdin qarşısı alınıb
# 29 aprel 2009 10:54 (UTC +04:00)
Ankara – APA. Türkiyənin sabiq ədliyyə naziri Hikmət Sami Türkə qarşı sui-qəsdin qarşısı alınıb. APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 10.45-də baş verib. Ankaradakı Bilkənt Universitetinin hüquq fakültəsinin müəllimi olan H. S. Türk dərsə girərkən arxasınca gələn və özünü tələbə kimi aparan bir qız üzərindəki bombaları partlatmaq istəyib. Kiçik miqyaslı partlayış baş versə də, mühafizəçilər dərhal terrorçunu zərrəsizləşdiriblər. Hadisə yerinə gələn polis və jandarma hüquq fakültəsinin binasını boşaldıb. H. S. Türk hadisədən zərər çəkməyib. Terrorçunun yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR