Bank Of Baku

AŞ PA-nın plenar iclasında Gürcüstan-Rusiya məsələsinə dair iki hesabat müzakirə olunub

AŞ PA-nın plenar iclasında Gürcüstan-Rusiya məsələsinə dair iki hesabat müzakirə olunub
# 29 aprel 2009 12:54 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün AŞ PA-nın plenar iclasının birinci hissəsi Gürcüstan-Rusiya məsələsinə dair iki hesabatın müzakirələrinə həsr olunub. APA-nın Avropa bürosunun məlumatına görə, ilk müzakirələr “Gürcüstanla Rusiyanın AŞ PA-nın 1647 nömrəli Qətnaməsinin icrası” adlı hesabatın, daha sonra isə “Gürcüstanla Rusiya arasındakı müharibənin humanitar nəticələri : 1648 nömrəli Qətnamənin icrası” hesabatının ətrafında aparılıb. Birinci qətnamə üzrə Monitorinq Komitəsinin məruzəçiləri Lük van den Brande və Matyas Yörşi çıxış edərək Rusiya və Gürcüstanın bu sənəddəki tövsiyələri nə dərəcədə icra etdikləri haqda danışıblar.

Qeyd edək ki, 1647 nömrəli qətnamə AŞ PA tərəfindən 2009-un yanvar sessiyasında qəbul edilib. Məruzəçilər Gürcüstanın bu məsələdəki öhdəliklərinin onları tam qane etmədiyini, Rusiyanın isə sənəddəki tövsiyələrin bir çoxunu nəzərə almayaraq, irəliləyişlərə nail olmadığını çox təəssüflə qeyd ediblər. Parlamentarların bir çoxu bölgədəki vəziyyətdən narahat olduqlarını, bölgədə humanitar vəziyyətin çox acınacaqlı olduğunu, müharibənin nəticələrinin tam aradan qaldırılmadığını və vəziyyətin normallaşdırılmasına dair bütün səylər uğursuzluğa uğradığını qeyd ediblər. Müzakirələrdə münaqişə tərəflərinin və beynəlxalq ictimaiyyətin iştirakı ilə dialoqun aparılması, eləcə də vətəndaş cəmiyyətinin fəaliyyətini təşviq etmək zərurətinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR