Bank Of Baku

AŞ PA Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin humanitar nəticələrinə dair hesabatla bağlı qətnamə qəbul edib

AŞ PA Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin humanitar nəticələrinə dair hesabatla bağlı qətnamə qəbul edib
# 29 aprel 2009 14:28 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞ PA-nın yay sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasda Rusiya-Gürcüstan münasibətlərinə dair qətnamələrin icrasına dair hesabatların dinlənilməsi başa çatıb. APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdən sonra “Gürcüstanla Rusiya arasındakı müharibənin humanitar nəticələri : 1648 nömrəli Qətnamənin icrası”na dair hesabatla bağlı qətnamə qəbul olunub, hesabat üzrə qətnamənin qəbulu isə tərəflərin razılığı ilə AŞ PA-nın payız sessiyasına kimi təxirə salınıb. Müzakirələrdə çıxış edən Rusiyanın AŞ PA-da nümayəndə heyətinin sədri Konstantin Kosaçev bildirib ki, regionda humanitar problemlər hələ də həllini tapmayıb: “Bununla bağlı vəziyyəti normallaşdırmaq üçün əlimizdə olan bütün əlavə imkanlardan istifadə etməliyik. Biz də məsələnin bu formada qoyulmasından razıyıq. Bugünkü müzakirələrin humanitar məsələlərinə aid hissəsi daha normal və konstruktiv şəkildə keçdi. Biz bu məsələni siyasiləşdirməyin əleyhinəyik”. Gürcüstanın AŞ PA-da nümayəndə heyətinin üzvü Mixail Maçavariani isə bildirib ki, AŞ PA-nın qəbul etdiyi 1633 və 1647 saylı qətnamələrdə Rusiyanın öhdəliklərinə əməl etmədiyi qeyd olunur: “Bugün müzakirəyə çıxarılan qətnamədə Gürcüstanın ərazilərinin işğal olunması, qaçqınların öz yurdlarına qayıtmalarına imkanın yaradılması və orada gürcü məskənlərinin yerlə-yeksan edilməsi kimi vacib olan bütün komponentlər öz əksini tapıb. Biz bununla razıyıq və Gürcüstan nümayəndə heyəti qətnaməni dəstəklədi. Müzakirələr birmənalı şəkildə göstərdi ki, Avropa Şurasının üzvü olan 46 ölkə birmənalı olaraq Gürcüstanın mövqeyini dəstəkləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR