Bank Of Baku

Avropa Şurasının baş katibi postuna namizədlərin müəyyənləşməsi ilə bağlı AŞ PA ilə AŞ Nazirlər Komitəsi arasında gərginlik dərinləşir

Avropa Şurasının baş katibi postuna namizədlərin müəyyənləşməsi ilə bağlı AŞ PA ilə AŞ Nazirlər Komitəsi arasında gərginlik dərinləşir
# 29 aprel 2009 17:00 (UTC +04:00)
APA-nın Avropa Bürosunun məlumatına görə, müzakirələr qızğın şəraitdə keçib. Qeyd edək ki, AŞ Nümayəndələr Komitəsinin aprelin 23-də keçirilən iclasında AŞ PA ilə məsləhətləşmələr aparmadan baş katib postuna təklif edilən 4 namizəddən 2-nin iyunda keçiriləcək seçkilərində iştirakına ilkin qaydada təsdiqləyib. AŞ PA namizədləri isə siyahıdan təcrid edilib. Bunun ardından hər iki qurum arasında narazılıq yaranıb. Buna görə AŞ PA qurumun Nizam-İntizam, İmmunitet və İnstitusional İşlər komissiyasına müraciət edib. Assambleya hesab edir ki, 12 may 2009-cu ildə Madriddə keçiriləcək Avropa Şurasına üzv ölkələri xarici işlər nazirlərinin 119-cu iclasında Nazirlər Komitəsi baş katib postuna seçkilərlə bağlı Assambleyaya namizədlər arasında geniş seçim aparmaq üçün qətnamə qəbul etməlidir. Bundan əlavə, Nümayəndələr Komitəsindən 23 aprel 2009-cu ildə baş katib postuna namizədlərlə bağlı qəbul etdikləri qətnamə layihəsinə yenidən baxılması qeyd olunur. Müzakirələrin sonunda AŞ baş katibi postuna seçki proseduruna dair qətnamə layihəsi qəbul edilib. Müzakirələr zamanı bildirilib ki, AŞ PA-nın 23 iyunda keçiriləcək yay sessiyası zamanı qurumun yeni baş katibini seçiləcək və yeni baş katib sentyabrın 1-dən fəaliyyətə başlayacaq.

Avropa Şurası kuluarlarında gəzən söz-söhbətlərə görə, Madriddə AŞ Xarici İşlər Nazirləri Şurası AŞ PA-nın tövsiyələrini nəzərə almasa və iki nəfərin namizədliyini təsdiqləsə, AŞ PA öz növbəsində yay sessiyasında bu seçkiləri boykot edə bilər. Bu zaman prosedura görə, 31 avqustda hazırkı baş katib istefaya gedəcək və onun səlahiyyətlərini Baş katibin müavini yerinə yetirəcək. Qeyd edək ki, Avropa Şurası baş katibi postuna Norveçin sabiq baş naziri Torbyorn Yaqland, Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Luk van den Brand və macarıstanlı parlamentar Matias Yorşun namizədlikləri irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR