Bank Of Baku

Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini bombalayıb

Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini bombalayıb
# 30 aprel 2009 10:47 (UTC +04:00)
Ankara- APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalayıb. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “İraqın şimalındakı Zap və Avaşin-Basyan bölgələrində müəyyən edilən PKK hədəfləri aprelin 29-da axşam və aprelin 30-da səhər saatlarında təsirli şəkildə vurulub. Əməliyyat zamanı yalnız terror təşkilatı hədəfə götürülüb və mülki əhali zərər çəkməyib. Vəzifəsini uğurla yerinə yetirən təyyarələrimiz geriyə dönüb”.
Xatırladaq ki, aprelin 29-da Diyarbəkir-Bingöl yolunda minaya düşən zirehli maşının içindəki 9 türk əsgəri şəhid olub. Eyni gün Hakkarinin Şəmdinli qəsəbəsi ərazisində PKK-çıların açdığı atəş nəticəsində daha bir əsgər həlak olub. Bu gün isə Tuncelidə mina partlayışı nəticəsində 2 əsgər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR