Bank Of Baku

NATO 2 Rusiya diplomatını qovub

NATO 2 Rusiya diplomatını qovub
# 30 aprel 2009 12:46 (UTC +04:00)
Brüssel – APA. NATO 2 Rusiya diplomatını “persona non qrata” (arzuolunmaz şəxs) elan edib. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Financial Times” qəzeti Şimali Atlantika alyansındakı mənbəyə istinadən xəbər yayıb. NATO-dan qovulan diplomatlardan biri Rusiyanın Avropa Birliyi yanında daimi nümayəndəsi Vladimir Çijovun oğludur. O, digər diplomatla birlikdə Rusiyanın NATO-dakı nümayəndəliyində çalışıb. Hər iki şəxs Rusiya kəşfiyyatına işləyirmiş. Hələlik rəsmi Moskvanın insidentə reaksiyası bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR